XİDTMƏTLƏRİMİZ
sizə lazım olan hər şey

hazırlıq
Ssenari yazılması
İdeyanızı peşəkar kino dilinə çeviririk. Təcrübəli ssenaristlərimiz layihənizin janrına və auditoriyasına uyğun orijinal, emosional və beynəlxalq standartlara cavab verən ssenarilər hazırlayır.
Çəkiliş icazəsi
Çəkiliş prosesinin hüquqi və təşkilati tərəflərini tam idarə edirik. Dövlət qurumları, xüsusi məkanlar və şəhər administrasiyaları ilə koordinasiyanı həyata keçirərək bütün icazələri operativ şəkildə təmin edirik.
Layihənizin vizual atmosferinə uyğun ən doğru lokasiyaları tapırıq.
Aktyor seçimi
Filminizin ruhuna uyğun peşəkar aktyor və modellərin seçimini təşkil edirik. Yerli və beynəlxalq casting şəbəkəmiz vasitəsilə layihəniz üçün ən uyğun simaları təqdim edirik.
Vizaların təşkili
Beynəlxalq çəkiliş heyətləri və qonaqlar üçün viza proseslərini sürətli və rahat şəkildə idarə edirik. Sənədləşmə və təşkilati mərhələləri koordinasiya edərək komandamızın problemsiz hərəkətini təmin edirik.
Produser xidməti
Layihənizin bütün istehsal prosesini peşəkar şəkildə idarə edirik. Planlama, büdcə, koordinasiya və yaradıcı nəzarəti bir araya gətirərək ideyanızın yüksək səviyyədə həyata keçirilməsini təmin edirik.
Texnika icarəsi
Müasir kino və televiziya istehsalı üçün lazım olan peşəkar texniki avadanlıqları təqdim edirik. Kamera, işıq, səs və çəkiliş aksesuarları ilə layihənizin texniki keyfiyyətini maksimum səviyyəyə çatdırırıq.
Heyyətin tapılması
Təcrübəli və etibarlı çəkiliş heyətini layihənizə uyğun şəkildə formalaşdırırıq. Rejissordan operatora, qrim ustasından texniki komandaya qədər peşəkar əməkdaşlarla sizi bir araya gətiririk.
Qonaqlama və qidalanma
Çəkiliş heyəti və qonaqlar üçün rahat qonaqlama və keyfiyyətli catering xidmətləri təşkil edirik. Layihənizin hər mərhələsində komandanızın komfortunu və yüksək iş ritmini qorumağa kömək edirik.

istehsal

post production
Səs studiyası
Müasir avadanlıqlarla təchiz olunmuş studiyamızda yüksək keyfiyyətli audio istehsalı həyata keçiririk. Musiqi, film, serial, reklam və animasiya layihələri üçün peşəkar səs yazısı, və surround mastering xidmətləri təqdim edirik.
Səs yazma və dublyaj
Təcrübəli səs mühəndisləri və diktorlarla layihənizin audio atmosferini kino standartlarına uyğun formalaşdırır, dərinlik və məkan hissini gücləndirərək tamaşaçıya immersiv səs təcrübəsi yaşadırıq.
3D qrafika
Vizual ideyalarınızı müasir 3D texnologiyaları ilə həyata keçiririk. CGI, animasiya və vizual effektlər vasitəsilə layihələrinizə dinamik və beynəlxalq səviyyəli görüntü qazandırırıq.
Color correction
Kadrların rəng balansını və vizual atmosferini peşəkar şəkildə formalaşdırırıq. Layihənizin emosional tonunu gücləndirən cinematic color grading və color correction xidmətləri təqdim edirik.
